ÜST rəhbəri peyvənd vurdurdu - FOTO

11:00 13-05-2021 404

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adan Qebreyesus yeni növ koronavirusa qarşı peyvənd vurdurub.

HerGun.Az-ın məlumatına görə, bu barədə ÜST əhbəri özünün “Twitter” hesabında bəyan edib.

“Bu gün COVID-19-a qarşı peyvənd vurdurmaq mənim növbəm idi” - deyə o bildirib.

Bununla belə, Qebreyesus hansı peyvəndlə vaksinasiyadan keçdiyini açıqlamayıb.

ÜST rəhbəri həmçinin peyvəndlərin bütün bölgələrə çatdırılmasının vacibliyini vurğulayıb. O, vaksinin mövcud olduğu ölkələrin bütün sakinlərini bu prosedurdan keçməyə çağırıb.