İranda güclü zəlzələ baş verib

09:40 17-05-2021 318

İranın şimalında Xorasan əyalətində yerləşən Sankhast şəhərində 5,5 bal gücündə zəlzələ baş verib.

Bu barədəTehran Universiteti Seysmoloji Mərkəzi xəbər yayıb.

Yerli vaxtla 03:34-də baş verən zəlzələnin episentri yerin 16 kilometr dərinliyində olub.

Yeraltı təkanlar nəticəsində dağıntılar olmayıb.