Azərbaycanın xarici ticarət dövriyyəsi artıb

18:00 17-05-2021 480

2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 9 milyard 893,3 milyon dollar olub.

HerGun.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artıb.

Bildirilib ki, bu dövrdə Azərbaycan ilə dünyanın 164 ölkəsindən 23 min 982 xarici ticarət iştirakçısı arasında idxal-ixrac əməliyyatları baş tutub. 

Ölkəmizdən xaricə 6 milyard 364,34 milyon dollar dəyərində məhsul ixrac edilib. İxrac dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz artıb. Bu dövrdə ölkəmizə 3 milyard 528,91 milyon dollarlıq məhsul idxal edilib və bu da illik müqayisədə 3,4 faiz çoxdur.

Azərbaycanın müsbət xarici ticarət saldosu 2 milyard 835,4 dolları təşkil edib. Bu rəqəm ötən ilin eyni dövrünə nisbətən 3 faiz azdır.  

Müvafiq dövrdə MDB ölkələrindən 893 milyon 581,56 min dollarlıq və ya illik müqayisədə 0,1 faiz daha çox məhsul idxal edilib. Azərbaycandan isə bu ölkələrə 532 milyon 593,98 min dollarlıq və ya illik müqayisədə 21,6 faiz daha çox məhsul ixrac edilib.

İlin ilk dörd ayında Avropa İttifaqı ölkələrindən Azərbaycana 683 milyon 581 min dollarlıq və ya illik müqayisədə 1,9 faiz az məhsul idxal edilib. Azərbaycandan bu ölkələrə isə 3 milyard 309 milyon 601,2 dollarlıq və illik 7,3 faiz az məhsul satılıb.

Nigar Məmmədova