Moskvada sürücülük vəsiqəsi olmayan 17 yaşlı gənc qəza törətdi: Altı yaralı - VİDEO

06:20 19-05-2021 358

Rusiyada sürücülük vəsiqəsi olmayan 17 yaşlı Əliyev Elmar Tanrıverdi oğlu Moskva Maliyyə və Hüquq Universitetinin həyətində qəza törədib. Nəticədə altı nəfər yaralanıb.

Bu barədə “Life Shot” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, hadisə nəticəsində yaralanan dörd qız xəstəxanaya yerləşdirilib, iki tələbə oğlan isə yerində tibbi yardım alıb.

Qəzanın səbəbkarı MMHU-nun birinci kurs tələbəsidir.

Universitetdən bildirilib ki, gənc qəza vəziyyətindən qaçmaq istəyərkən hadisə baş verib. O da vurğulanır ki, Ə.Elmar atasının maşınını qaçırıb.