Azərbaycanlı Avropa qurumunda məsul vəzifəyə seçildi - FOTO

12:00 19-05-2021 375

Avropa Karate Federasiyasının (EKF) İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov növbəti dörd il müddətində bu vəzifədə fəaliyyətini davam etdirəcək.

HerGun.Az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının prezidenti olan Yaşar Bəşirov Xorvatiyanın Poreç şəhərində baş tutan EKF Konqresində təşkilatın yığıncağa qatılan 43 dövlət nümayəndəsi arasında keçirilən seçkidə böyük üstünlüklə qalib gəlib.

EKF prezidenti Antonio Espinos təşkilatın idarəetmə orqanına yeni seçilən üzvləri təbrik edərək onlara uğurlar arzulayıb.