Özəlləşdirmə hərracında avtomobillərə maraq böyük olub: 50 dövlət əmlak satılıb - FOTO

13:20 19-05-2021 520

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunmuş növbəti hərracda 50 dövlət əmlakı özəlləşdirilib.

İqtisadiyyat Nazirliyindən HerGun.Az-a verilən məlumata əsasən, bunlardan üçü səhmdar cəmiyyətinin səhmləri, biri kiçik dövlət müəssisəsi, 46-sı isə nəqliyyat vasitəsidir.

Hərracda nəqliyyat vasitələrinə daha böyük maraq müşahidə olunub və əksər nəqliyyat vasitələrinin hərracı rəqabətli mühitdə keçib. Özəlləşdirmə hərracına çıxarılan dövlət əmlaklarına 24-ü elektron formada olmaqla ümumilikdə 229 sifariş verilib.

Qeyd edilib ki, cari ilin ilk dörd ayında ümumilikdə 20 hərrac təşkil edilib. Hərraclarda 54 əmlak özəlləşdirilib. Bunlardan 5-i səhmdar cəmiyyətin səhmləri, 17-si kiçik dövlət müəssisəsi, 32-si isə nəqliyyat vasitəsidir.

Yanvar-aprel ayları ərzində hərraca çıxarılmış əmlaklar üzrə 13 elektron sifariş qəbul edilib. Elektron hərrac proqram sistemi ilə hərraclara beş onlayn qoşulma (nəqliyyat vasitəsi) reallaşıb.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə linkdən tanış ola bilərsiniz.