Ərdoğan: “19 may Qazi Mustafa Kamalın Milli Mübarizəni başlatdığı tarixi bir gündür”

14:20 19-05-2021 347

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 19 may “Atatürkü anma, Gənclik və İdman Bayramı” münasibətilə təbrik mesajı yayımlayıb.

Bu barədə qardaş ölkə liderinin rəsmi saytında informasiya dərc olunub.

“19 may 1919-cu il Qazi Mustafa Kamalın türk millətinin müstəqillik inancından aldığı güclə Milli Mübarizəni başlatdığı tarixi bir gündür”, - deyə R.T.Ərdoğan bildirib.

R.T.Ərdoğan bildirib ki, türk milləti İstiqlal Mübarizəsində böyük əzm və cəsarət nümayiş etdirərək sinəsini düşmənə sipər etməklə vətənini, bayrağını müdafiə edib və misilsiz bir zəfər əldə edib.

Qeyd edək ki, 19 may tarixi qardaş Türkiyə və Şimali Kipr Türk Respublikasında qeyd olunur. 1919-cu il mayın 19-da Mustafa Kamal Atatürk İstanbuldan Samsuna gəlmiş və burada vətəni yadelli işğalçılardan qorumaq üçün bütün milləti səfərbər edərək, İstiqlal savaşının ilk qığılcımlarını alovlandırmışdır.