Aİ COVID-19-a qarşı peyvənd olunanların səyahət qaydalarını yüngülləşdirəcək

05:00 20-05-2021 340

Aİ ölkələrinin Brüsseldəki daimi nümayəndələri 19 may tarixində üçüncü ölkələrdən səyahət qaydalarını yeniləmək barədə razılığa gəliblər.

Bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Kristian Viqand məlumat yayıb.

“Şura üzv dövlətlərə, xüsusilə Aİ tərəfindən təsdiqlənmiş peyvəndlərlə vaksinasiya olunanlar üçün bəzi məhdudiyyətləri ləğv etmələrini tövsiyə edir”, - deyə K.Viqand bildirib.

O, həmçinin Aİ Şurasının əlverişli epidemioloji vəziyyətin yarandığı və yeni meyarlarla səyahətə əsasən icazə verilən üçüncü ölkələrin siyahısını genişləndirmək planlarını açıqlayıb.