“Buratinonun macəraları”nın Malvinası vəfat etdi

05:20 20-05-2021 551

Rusiyalı aktrisa Tatyana Proçenko 54 yaşında vəfat edib.

“RİA Novosti” xəbər verir ki, bu barədə aktrisanın əri Aleksey Voytyuk bildirib.

Onun ölümünə üç il əziyyət çəkdiyi xərçəng xəstəliyi səbəb olub.

Qeyd edək ki, Tatyana Proçenko sovet dövrünün məşhur “Buratinonun macəraları” filmində Malvina obrazını canlandırıb.