Daha bir şəhidimizi övladı dünyaya gəldi - FOTO

15:20 20-05-2021 391

Daha bir şəhidimizin övladı dünyaya gəlib.

Bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, şəhidin üçüncü oğlan övladı doğulub.

Qeyd edək ki, baş leytenant İlqar Zeynalov 26 avqust 1989-cu ildə Cəlilabad rayonunda dünyaya gəlib. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlü uğrunda qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin Sərəncamına əsasən, İlqar Zeynalov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.