Binəqədidə iki avtomobil toqquşdu, xəsarət alan var

23:40 20-05-2021 347

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Mehdiabad qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1973-cü il təvəllüdlü Rəhmanov Hüseynbala Yəhya oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.