Abşeronda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

01:27 17-08-2019 844

Abşeron rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın verdiyi məlumata görə, Bakı-Sumqayıt şossesində 42 yaşlı Kazımov Qayıb Mirəli oğlu idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı arakəsmə dəmirlərə çırpılıb.

Qəza zamanı sürücü ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli