Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ

13:45 22-09-2019 814

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən HerGun.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim cənub küləyi əsəcək.

Temperatur gecə 13-15° isti, gündüz 20-24° isti olacaq.

Bakıda gecə 13-15° isti, gündüz 21-23° isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan yüksək 765  mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir.

Lakin axşam bəzi şimal və şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var.

Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz  22-27° isti, dağlarda gecə 3-7° isti, gündüz 10-15° isti təşkil edəcək.