Azərbaycanlı hakim futbol üzrə dünya çempionatında

12:27 24-09-2019 472

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov dünya çempionatının final mərhələsinə təyinat alıb.

HerGun.Az AFFA-nın saytına istinadən xəbər verir ki, baş hakim Paraqvayda keçiriləcək mundialın oyunlarını idarə edəcək.

Qeyd edək ki, Cənubi Amerikadakı dünya çempionatı noyabrın 21-dən dekabrın 1-dək olacaq. Paraqvayın paytaxtı Asunsyonda keçiriləcək X dünya çempionatı 16 komandanın iştirakı ilə baş tutacaq.