Azərbaycanda neçə onkoloji xəstə uşaq var? - AÇIQLAMA

10:36 28-09-2019 409

Hazırda onkoloji xəstəlikləri olan uşaqların sayı 600-ü keçib.

Bunu HerGun.Az-a açıqlamasında Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli deyib.

O bildirib ki, uşaqlar arasında daha çox bədxassəli embrional şişlər geniş yayılıb:

“Uşaqların hər biri mütəmadi şəkildə müalicələrə gəlir. Vaxtında diaqnozları düzgün qoyulan uşaqlar sağalır. Ona görə də bölgələr üçün uşaq onkoloqları da hazırlamaq lazımdır.

Böyüklər üçün rayonlararası xəstəxanalar və onkoloqlar var. Amma uşaqlar üçün bu şərait yoxdur. Bunun üçün uşaq onkoloqları yetişdirib hazırlamaq lazımdır. Milli Onkologiya Mərkəzində uşaq cərrahiyyəsi, kimyaterapiya, reanimasiya və əməliyyatxana şöbələri mövcuddur. Hətta bu gün mərkəzə ərəb ölkələrindən belə müraciət edənlər var”.

Sevinc Yasinqızı