Zaqatalada II Beynəlxalq fındıq, qoz və şabalıd festivalı keçirilir - FOTO

10:45 28-09-2019 423

Zaqatalada II Beynəlxalq fındıq, qoz, şabalıd festivalının açılış mərasimi olub.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, festival Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin, Mədəniyyət Nazirliyi və “Aqrar Tədarük və Təchizat” ASC-nin dəstəyi ilə keçirilir.

Ənənə halını alan Beynəlxalq fındıq, qoz, şabalıd festivalının bu il daha geniş şəkildə təşkili nəzərdə tutulub. 

Üç gün davam edəcək festivalın ilk günü qonaqlar - Elmi Tətqiqat İnstitutunun təcrübə bağları, fındığın toplanması, emal prosesi və Dədəd Qorqud meydanında təşkil edilən sərgi ilə yaxından tanış olacaqlar. 

Sərgidə sözügedən məhsulların istehsalı və emalı zamanı istifadə edilən texnikaların, eləcə də, bu məhsullardan hazılanan müxtəlif əl işlərinin, ləziz şirniyyat və təamların nümayişi təşkil edilib. 

Festivalın ikinci günündə Fındıqçılıq üzrə Regional seminarın keçirilməsi planlaşdırılır ki, burada da yerli mütəxəssislərlə yanaşı, Gürcüstan və başqa ölkələrin mütəxxəsisləri də iştirak edərək, fındıqçılığın inkişafına dair fikir mübadiləsi aparacaq. 

Festivalın sonuncu günündə isə fındıq, qoz və şabalıd məhsullarının satış yarmarkası keçiriləcək.