Tovuzda ağır qəza: maşın iki yerə bölündü - FOTO

11:36 28-09-2019 409

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Qovlar-Quşcu yolunun Aşağı Quşçu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki “VAZ 2107” markalı maşın toqquşub. 

Nəticədə, “Jiquli” markalı maşınlardan biri iki yerə bölünüb. Qəzada xəsarət alan üç nəfər Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Nazir Quliyev