İtaliyada təyyarə naqillərə ilişib qaldı - VİDEO

01:36 10-10-2019 540

Alp dağlarının İtaliyaya aid hissəsində yüngülmotorlu təyyarə dağ-xizək qaldırıcısının naqillərinə ilişib. Kabinədən atılan pilot yüngül travmalarla canını xilas edib.

Təyyarənin yeganə sərnişini isə xəsarət almayıb.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. İstintaq təyyarənin uçuşa nə dərəcədə hazır olduğunu və texniki düzəlişlərini araşdırır.