Aydın Əliyevin baldızına qarşı dələduzluq edən bəstəkar hakim qarşısında

12:36 10-10-2019 574

Bakı Ağır Cinayətlər Məhkəməsində gömrük polkovniki Şadiyə Salehliyə qarşı 400 min dollardan çox dələduzluq etməkdə təqsirləndirilən bəstəkar Tural Bayraməliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb. 

HerGun.Az xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin baxış iclası oktyabrın 16-na təyin edilib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin əməkdaşı polkovnik Ş.Salehli hüquq-mühafizə orqanlarına şikayət edərək T.Bayraməliyev onu şərikli biznes qurmaq adı ilə aldadıb və 405 min ABŞ dollar məbləğində pulunu alıb.

Şikayət əsasında T.Bayraməliyev saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Onu da qeyd edək ki, T.Bayraməliyev hazırda həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin dayısı oğlu, Bakı Gömrük Komitəsinin sabiq sədri Vüsal Novruzovun qohumdur.

İş üzrə zərərçəkən Ş.Salehli isə sabiq DGK sədri Aydın Əliyevin baldızıdır.