Şirvanda xəstəxananın yanında vurulan piyada həmin tibb ocağına yerləşdirildi

02:45 11-10-2019 391

Şirvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Mərkəzi xəstəxanasının yaxınlığında qeydə alınıb.

Şahidlərin dediyinə görə, “Mersedes” markalı avtomobil hərəkətdə olan zaman yolu keçmək istəyən 50-55 yaşlı kişini vurub.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralının şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.