Çin hərbi uçan boşqab nümayiş etdirdi - FOTO

06:45 11-10-2019 744

Çin dizaynerləri uçan naməlum obyektə (UFO) bənzəyən, hərbi uçan boşqab hazırlayıblar. Bu barədə “Drive” yazır.

Yeni döyüş maşını “China Helicopter Exposition 2019” sərgisində təqdim edilib və layihə “Superböyük Ağ Köpəkbalığı” adlandırılıb. Uçan boşqabı iki nəfər idarə edir.

Qeyd edək ki, “Alert 5” adlı istifadəçi yeni silahın şəkillərini özünün “Twitter” səhifəsində yerləşdirib və bildirib ki, uçan boşqabın maksimal sürəti 650 km/s-dir.