İlham Əliyev MDB Dövlət Başçılarının sammitində

11:27 11-10-2019 591

Türkmənistanın paytaxtı Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclası keçirilir.

“Sputnik Qazaxıstan” xəbər verir ki, sammitin gündəliyinə növbəti iclasın keçirilməsi barədə qərarın qəbulu məsələsi salınıb.

Bundan başqa, MDB-yə sədr seçilməsi də gündəlikdədir.

MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclasından sonra bir sıra çoxtərəfli sənədlərin, o cümlədən, Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi ilə əlaqədar birlik xalqlarına və dünya birliyinə müraciətin imzalanması planlaşdırılır.

Xatırladaq ki, Türkmənistan Müstəqil Dövlətlər Birliyinə 2019-cu ildə sədrlik edir.

Qeyd edək ki, iclasda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.