BMT-nin “cibi boşalıb” – İşıqları söndürəcək

07:54 12-10-2019 6

BMT-nin mənzil-qərargahında maliyyə ilə bağlı problemlərə görə elektrik enerjisinin sərfi, eskalator və istilik sistemlərinin işi məhdudlaşdırılacaq.

RİA “Novosti”nin məlumatına əsasən, belə tədbirlər haqqında qurumun baş katibi Antoniu Quterreş göstəriş verib.

Bildirilir ki, böhran dövlətlərin təşkilatın büdcəsinə ödənişlərin etməməsi ilə bağlıdır.

“Daha dəqiq desək, mövcud olan nağd vəsait baxımından təşkilatın likvidliyi ilə bağlı vəziyyət dəhşətlidir”, - deyə təşkilatdan bildiriblər.

Qeyd edilir ki, bu, son 10 ildə BMT-nin üzləşdiyi ən ağır nağd pul böhranıdır