İspaniya fürsəti əldən verdi, İtaliya AÇ-2020-də

01:36 13-10-2019 431

AVRO-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçirilib.

HerGun.Az xəbər verir ki, D, F və J qruplarında qarşılaşmalar baş tutub. 

Bu görüşlərdən öncə iki komandanın - İtaliya və İspaniyanın qələbə sayəsində AÇ-yə vəsiqəni erkən təmin etmək şansı olsa da, onlardan biri bunu bacarıb. 

F qrupunda yer alan İspaniya Norveçin qonağı olub və xal itirərək bu şansı əldən verib. 

Yunanıstanı qəbul edən İtaliya isə inamlı qələbə ilə erkən sevincə nail olub. 

Digər matçlardakı nəticələri təqdim edirik.  

AVRO-2020-nin seçmə mərhələsi 

VII tur 

12 oktyabr 

D qrupu 

Gürcüstan – İrlandiya 0:0 

Danimarka – İsveçrə 1:0 
Qol:
Poulsen, 84. 

 

F qrupu 

Farer adaları – Rumıniya 0:3 
Qollar:
Puşkaş, 74. Mitrita, 83. Keseru, 90+4. 

Norveç – İspaniya 1:1 
Qollar:
Kinq, 90+4-pen - Saul, 47. 

Malta – İsveç 0:4 
Qollar:
Danielson, 11. Larsson, 58-pen; 71-pen. Aqius, 66-öz qapısına. 

 

J qrupu 

Bosniya və Herseqovina – Finlandiya 4:1 
Qollar:
Hayroviç, 29. Pyaniç, 37-pen; 58. Hodziç, 73 – Pohjanpalo, 79. 

Lixtenşteyn – Ermənistan 1:1 
Qollar:
Frik, 72 - Barseqyan, 19. 

İtaliya – Yunanıstan 2:0 
Qollar:
Jorjinyo, 63-pen. Bernardeski, 78.