Həbib Nurməhəmmədovun atası Meyvezerlə görüşü mümkün edən şərtləri açıqlayıb

22:00 06-11-2019 674

Dünya şöhrətli MMA döyüşçüsü Həbib Nurməhəmmədovun atası bə məşqçisi Abdulmanap Nurməhəmmədov oğlunun amerikalı boksçu Floyd Meyvezerlə mümkün görüşünü “İnstagram”da şərh edib.

O deyib ki, amerikalı idmançının oğlu ilə döyüşmək arzusuna hörmət edir. Amma onu da qeyd edib ki, buna qədər oğlu “UFC tarixində ən yaxşı döyüşü” keçirməli, bundan sonra boksa keçməlidir. O deyib:

“Biz birinci dəfə boksda çıxış edəcəyik. Buna görə bizə Lomaçenkonun düşərgəsi lazım olacaq. Niyə də yox?!”