Britaniya siyasi partiyaları “Brexit”i dayandırmaq üçün birləşdilər

07:00 07-11-2019 904

Britaniyanın 3 siyasi partiyası “Brexit”i dayandırmaq üçün növbədənkənar parlament seçkilərində taktiki səsvermə haqqında razılığa gəliblər.

Press Association” xəbər verir ki, söhbət Liberal-demokrat, Uelsin “Playd Kamri” və “Yaşıllar” partiyasından gedir.

“Biz razlığın ldə olunmasına sevinirik. Bu insanlar üçüb vacib andır. İndi onlar AB-də üzvlüyü saxlamaq üçün bizim namizədlərə səs verə bilərlər”, - bunu “liberal demokratlar”ın lideri Co Suinson deyib.

Razılığa əsasən 3 siyasi partiyanın namizədləri eyni seçki dairəsində yalnız birinə dəstək verəcəklər. Belə olan təqdirdə namizədin parlamentə keçmə ehtimalı daha yüksək olacaq.