“Araz” marketdən vaxtı ötmüş kolbasa alan müştəri qəzəbləndi – FOTO

08:40 07-11-2019 380

Bakı sakini “Araz” supermarketində satılan kolbasanın istifadəyə yararsız olduğundan şikayətlənib.

HerGun.Az xəbər verir ki, vətəndaş almaq istədiyi “Cennet oxot” markalı kolbasanın istifadə tarixinin ötdüyünü bildirib.

Sosial şəbəkədə yerləşdirdiyi şəkildə görünür ki, kolbasanın istifadə tarixi noyabrın 2-də bitib. Qəzəblənən alıcı üzünü maqaza sahiblərinə tutub:

“Siz insanları zəhərləməkdən bezmədiniz? Doğrudanmı, bu Veysəloğlunda hər şey bu cür idarə olunur? Bu cinayətdir ay adamlar”,

Şərhlərdə vətəndaş kolbasanın çürüdüyünü və ondan pis qoxu gəldiyini də açıqlayıb.