Özündən 48 yaş böyük kişi ilə evlənən məşhur türkiyəli aktrisa Azərbaycanda oğurluq edib ABŞ-a qaçdı

12:40 08-11-2019 362

Bir müddət əvvəl ABŞ-da 80 yaşlı kişi ilə evlənən 32 yaşlı məşhur türkiyəli aktirsa Məltəm Miraloğlu barəsində inanılmaz iddia ortaya çıxıb. 

HerGun.Az xəbər verir ki, iddia türkiyəli jurnalist Onur Akay tərəfindən səsləndirilib. 

O.Akay ötən həftə Azərbaycana səfər edən zaman aktrisa ilə bağlı maraqlı məlumatlar əldə etdiyini bildirib:

“Miraloğlu ABŞ-a getməzdən əvvəl Azərbaycanda olub və orada baş verənlərdən sonra ABŞ-a qaçıb. Miraloğlu ilə bağlı Azərbaycanda araşdırma apardım. Məltəm Azərbaycanda filmlərdən birinin qala gecəsinə qatılıb.

Qala gecəsində yanında olan müğənnilərlə böyük mübahisə baş verib. Bundan çox təəccübləndim. Məsələ oğurluqla bağlı olub. Məltəm ABŞ-a məcburiyyətdən qaçıb. Bunu ABŞ-dakı yaxın çevrələrdən də dəqiqləşdirdim”.