Ermənistan Gürcüstanın işğal olunmuş bölgəsindən Azərbaycan hərbçilərini atəşə tutmağa hazırlaşır

20:20 08-11-2019 708

Artıq otuz ildir ki, Ermənistan qanunsuz olaraq Gürcüstan ərazisini zəbt edərək, bu əraziləri öz hərbi hissəsinə çevirib. Öz cinayətkar işğalçılıq fəaliyyətini dünya ictimaiyyətindən gizlətməyə çalışan Yerevan, KİV-ə dezinformasiya verərək Bakı və Tiflisi bir-birinə qarşı qoymağa çalışır.

Bu barədə gürcü internet portalı “Kafkaz plyus” da “Ermənistan Gürcüstan torpaqlarını işğal edərək, separatçılıq edir” başlığı ilə məqalə yazılıb. Gürcü KİV-i, siyasətçi və ekspertləri uzun illərdir, dünya ictimaiyyətinin nəzərlərini Ermənistanın Gürcüstana qarşı bitməyən separat mövqeyinə yönəltməyə çalışır.

Azərbaycan torpaqlarının 20 faizini işğal edən, eyni zamanda öz ərazisində yaşayan azərbaycanlıları deportasiya edən və bununla da bir milyondan çox qaçqın və məcburi köçkününün yaranmasına səbəb olan Ermənistan, digər qonşuları, Gürcüstan, Türkiyə, İran, Rusiyaya qarşı da ərazi iddiaları qaldırmaqdan əl çəkmir.

Ermənistan Azərbaycana məxsus olan Naxçıvan, gürcülərə məxsus olan Javaxetiya, türklərə məxsus olan Van, Ərzurum, Qars, İğdır, ruslara məxsus Krasnodar, Sevastopol, Krımın bir hissəsi (ermənilər buranı “Ermənistan sahili” adlandırırlar), İranın Türkiyə və Qafqazla sərhəd (Yerevan buranı “fars Ermənistanı” adlandırır) əraziləri də “özününkü” adlandırır və işğal etmək niyyətindədir.

Son zamanlar erməni jurnalistləri xüsusi canfəşanlıqla Bakı ilə Tiflisin arasını vurmağa çalışırlar. Onlar Azərbaycanın Gürcüstan “ərazisinə qoşun yeridərək”, ərazilərini işğal etməsi ilə bağlı yalan məlumat yayırlar. Ermənilər tərəfindən uydurulmuş bu mif yuxarıda daha öncə qeyd etdiyimiz “Kafkaz plyus” portalında yazılıb. Yazıda müəlliflər əsasən Ermənistanın işğal etdikləri gürcü torpaqları ilə bağlı mövzu ətrafında fırlanırlar. Qeyd olunur ki, SSRİ dağıldıqdan sonra Ermənistan dəfələrlə qanunsuz olaraq Gürcüstanla sərhəd ərazilərdəki torpaqlarını gürcü torpaqları hesabına genişləndirib.

Azərbaycanın öz mövqelərini şimala doğru möhkəmləndirərək Gürcüstan ərazisinə keçib. Mövcud peyk görüntülərinə görə, Azərbaycan 2019-cu ilin aprelində bu yeni zirvəni nəzarətə götürüb. Azərbaycan rəsmiləri mövqeləri barədə dəqiq izahat verməsələr də, bəzi rus kütləvi informasiya vasitələri son strateji hərəkətlər nəticəsində Gürcüstan ərazisinin pozulduğunu yazıblar.

“Kafkaz Plyus” əlavə edir: “Maraqlıdır ki, erməni qoşunları qanunsuz olaraq Gürcüstan sərhədini “hərəkət etdirəndə” erməni təbliğatçıları narahat olmamışdı. Azərbaycan sərhədçiləri 16 avqustda Ermənistan-Azərbaycan sərhədində strateji bir yüksəkliyi ələ keçirməmişdilər və erməni hərbçiləri Babakyar dağının Gürcüstana aid hissəsində yerləşmişdilər, onda Azərbaycan ordusunun “nəzarətində” deyildilər. Sonradan erməni hərbçiləri tələsik Gürcüstan ərazisini tərk etmişdilər.

Azərbaycan sərhədçiləri Gürcüstanın beynəlxalq səviyyədə tanınan sərhədini bir metr də olsun pozmayıblar. Buna baxmayaraq, erməni təxribatçıları beynəlxalq KİV-lərə sifarişli dezinformasiyalar ötürürlər. Gürcü-erməni sərhədinin demarkasiya və delimitasiya prosesi ermənilərin günahı üzündən aparılmayıb. Bundan istifadə edən Ermənistan Gürcüstanın üç tərəfindən olan ərazilərini özlərinə “hədiyyə” edir.

Rasim Babayev