Tanınmış teleaparıcı efirə qayıdır

23:40 08-11-2019 533

Tanınmış teleaparıcı Mələk Heydərova yenidən efirə qayıdır.

HerGun.Az xəbər verir ki, Mələk Baku TV-də səhər şousu ilə tamaşaçıların qarşısına çıxacaq. Mələk, Aytən Leylaqızı ilə efiri bölüşəcək.

“Baku life” adlanan səhər proqramı həftə içi 5 gün səhər saat 10-dan 11-ə kimi yayımlanacaq.