Antarktikada buzların əriməsi rekord səviyyəyə çatıb - VİDEO

00:25 15-06-2018 5
loading...

Cənub qütbündə buzların əriməsi tezliyi son beş il ərzində üç dəfə artaraq rekord səviyyəyə çatıb.

HerGun.Az xəbər verir ki, bu haqda “Euronews” məlumat yayıb.

İki son elmi tədqiqata (ABŞ və Britaniya)  görə, 1992-ci ildən bəri Antarktika buzlaqları üç trilyon tona yaxın buzdan məhrum olub.

Müqayisə üçün bu miqdar, bütün Texas ştatını dörd metr səviyyədə su altında qoymağa kifayət edər.

Buzların əriməsi sürətləndiyindən hər il planetimizdə dəniz səviyyəsi 3 mm artır.

F.M.