Avtomobil mal-qaraya çırpıldı: 3 nəfər öldü - FOTO

01:30 15-06-2018 5
loading...

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda üç nəfərin ölümü, üç nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az APA-ya istinadən xəbər verir ki, hadisə iyunun 14-də gecə saat 23:00 radələrində yolun 177-ci kilometrliyində, İsmayıllının Gəraybəyli kəndi ərazisində qeydə alınıb. Göyçay sakini, taksi sürücüsü Çingiz Əliyev idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə Bakıdan sərnişinləri rayona gətirərkən gecənin qaranlıq vaxtı qəflətən yoluna çıxan 2 baş inəyi vuraraq avtomobili aşırıb.

Hadisə zamanı sürücü və 2 sərnişini hadisə yerində ölüb, biri uşaq olmaqla 3 nəfər ağır xəsarət aldığı üçün təcili yardım stansiyasının avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ölən və yaralıların adları hələlik məlum deyil.

Faktla bağı araşdırma aparılır.