Taliblər Tacikistanla sərhədi nəzarətə götürdü

17:45 12-07-2018 18

“Taliban” terror təşkilatının silahlıları Əfqanıstanın Tacikistanla sərhədini nəzarətə götürüb.

HerGun.Az xəbər verir ki, bununla bağlı “İnterfaks” məlumat yayıb. 

Səhər saatlarında onlar Xvaca Qxar mahalını ələ keçiriblər. Onların Daşti-kala, Yanqi-Kala və Darqad qəzalarına hücumla bağlı təhlükə var. 

Əfqanıstan hökumətinin bu bölgədə terrorçulara qarşı hücuma keçməsi üçün kifayət qədər əsgəri yoxdur.