Almaniya Puçdemonu İspaniyaya verəcək

17:50 12-07-2018 22

Almaniyanın Şlezviq-Qolşteyn federal məhkəməsi dövlət vəsaiti israf etməkdə ittiham olunan kataloniya hökumətinin sabiq rəhbəri Karles Puçdemonun İspaniyaya verilməsi ilə bağlı qərar qəbul edib. 

HerGun.Az TASS agentliyinə istinadla xəbər verir ki, bununla bağlı instansiyanın məlumatında bildirilib. 

Eyni zamanda, məhkəmə Puçdemonun qiyama təhrik etmək maddəsi ilə ittiham olunmasına qarşı çıxıb. Bununla da İspaniya onu bu ittihamla mühakimə edə bilməyəcək. 

Qeyd edək ki, ötən ildə Kataloniyada müstəqillik referendumu keçirən katalan lider separatçılıqda ittiham edilirdi və ötən aylarda İspaniyanın tələbi ilə Almaniyada həbs edilib. Almaniya hökuməti isə Karles Puçdemona qarşı separatçılıq ittihamını irəli sürməkdən imtina edir.