İranın naziri üzr istəmək üçün Ukraynaya gəldi

04:40 21-01-2020 359

İranın yollar və şəhər inkişafı naziri Məhəmməd Eslami rəsmi qaydada üzr diləmək və danışıqlar aparmaq üçün Ukraynaya gəlib.

“Qordon” xəbər verir ki, Ukraynanın xarici işlər naziri Vadim Pristayko iran rəsmisinin əsas məqsədənin üzr istəmək olduğunu deyub.

“Biz hesab edirik ki, qara qutular bizə qaytarılmalıdır. Bu İranın obyektiv istintaqa hazır olmasının sübutu olacaq”, - deyə Pristayko əlavə edib.

Qeyd etmək lazımdır ki, danışıqlar zamanı qara qutu məsələsi müzakirə ediləcək.

“Biz İran tərəfindən eyni adamın qutuları vermək, sonra isə verməmək barədə bəyanatlarının şahidi olduq. Bu qeyri-müəyyənlik yaradır. Nazir statusu rəsmi mövqeyi ifadə etməyə imkan verir. Biz qutuları geri tələb edirik. Axı, bu Ukrayna şirkətinin mülküdür”, - deyə nazir vurğulayıb.