10 nəfərdən ibarət musiqi qrupunu diri-diri yandırdılar

07:00 21-01-2020 358

Meksikada içində 10 nəfərin cəsədi olan yanmış yük maşını tapılıb.

“MIG News” xəbər verir ki, ölkənin cənub-qərbində yerləşən Qerrero ştatının polisi yük maşınını yerli sakinlərin müraciətindən sonra tapıb.

Maşının içində 10 nəfərdən ibarət musiqi qrupunun üzvlərinin cəsədləri tapılıb.

Məlumata əsasən, musiqiçilər yerli narkokartelin qurbanı olub.

Qeyd etmək lazımdır ki, Qerrero Meksikanın ən kasıb ştatlarından biridir.