Unitazdan çıxan ilan qadını dəhşətə gətirdi

07:40 21-01-2020 384

Tula şəhərinin sakini mənzilinin tualetində iri ilan aşkar edib.

“RİA Novosti” xəbər verir ki, qadın bir həftə ərzində evində olmayıb.

Evə gəldikdə tualetə girən qadın orada ilanın olduğunu görüb.

Dəhşətə gələn qadın evi tərk edib və hadisə haqda oğluna xəbər verib.

Oğlu isə müvafiq xidmətin əməkdaşlarına zəng edib.