Rusiyalı aparıcı telefonunu oğurlayan azərbaycanlını “döydü” - VİDEO

13:20 13-07-2018 25

Məşhur rusiyalı teatr və kino aktrisası Nastya Samburskaya “RUDN University” KVN komandasının çarxına çəkilib.

HerGun.Az xəbər verir ki, aktrisa videoçarxda azərbaycanlı Şövqi Əhədovla birgə iştirak edib.

Videonun sujetində Samburskaya Əhədovdan telefonla şəklini çəkməyi xahiş edib. Şövqi bir neçə şəkil çəkdikdən sonra isə telefonu oğurlayaraq, qaçıb. Amma Nastya onu tutmağı bacarıb və döyüb.

Qeyd edək ki, Şövqi Əhədov məşhur rusiyalı müğənni Anna Semyonoviçin klipində rol alıb.

Pərviz Hüseyn