Qazaxıstan sərhədində dörd azərbaycanlı tutuldu

13:00 22-01-2020 402

Yanvarın 21-dən 22-nə keçən gecə Xəzər dənizinin Qazaxıstan sərhədində azərbaycanlılar saxlanılıb.

Total.kz-nın məlumatına görə, “Sarbaz” sərhəd gəmisi radarla dənizdə naməlum obyekt aşkarlayıb.

Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin Mətbuat xidmətindən verilən məlumata görə, sərhədçilər gəminin işıqlarını yandırıb dayanmağı tələb edən siqnallar versələr də, buna məhəl qoyulmayıb.

Nəticədə, cənub-qərb istiqamətində hərəkət edən “Bayda” tipli qayıq Qazaxıstanın dövlət sərhədçiləri tərəfindən saxlanılıb.

Gəmidə 1971, 1975, 1978 və 1983-cü il təvəllüdlü dörd azərbaycanlı olub.

Onlar Qazaxıstan dövlət sərhəddini qanunsuz keçdikləri üçün məsuliyyətə cəlb olunublar.