Səudiyyə şahzadəsi Knessetdə çıxış edəcək

19:30 13-07-2018 23

İsrail Knessetinin üzvü Yossi Yoon Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salmana İsrail parlamentində çıxış etmək təklifini irəli sürüb.

HerGun.Az İsrail mətbuatına istinadla xəbər verir ki, bu barədə Kral ailəsinə yaxın olan tanınmış publisist Dahama əl-Ənzi “Khaledj Times” üçün yazdığı məqalədə iddia edib.

Əl-Ənzi bildirib ki, bu addımı atmaqla Bin Salman Yaxın Şərqdəki sülh prosesinə böyük töhfə verə və ərəblərlə israillilər arasında sülhün bərqərar olmasını yaxınlaşdıra bilər. Jurnalist nümunə kimi Misirin sabiq prezidenti Ənvər Sədatı göstərib. 

Əl-Ənzi əmindir ki, bütün təhdidlərə baxmayaraq, şahzadə təklifi qəbul edəcək və Knessetə təşrif buyuracaq. Məqalədə həmçinin Səudiyyə Ərəbistanı ilə İsrailin ümumi düşmənləri olduğu xatırladılır – İran və Türkiyə.