Tripoli hava limanı fəaliyyətini dayandırdı

04:00 23-01-2020 446

Liviyanın paytaxtı Tripolidə yerləşən “Mitiqa” hava limanı fəaliyyətini dayandırıb.

“RİA Novosti” xəbər verir ki, buna səbəb şəhərin mütəmadi olaraq atəşə tutulmasıdır.

Bütün reyslər Liviyanın Misrata şəhərinə yönləndirilib.

Xatırladaq ki, Liviyanın beynəlxalq müstəvidə tanınmış höküməti üsyançı general Xəlifə Həftərlə müharibə şəraitindədir.