Goranboyda yük və minik avtomobilləri toqquşub – FOTO/VİDEO

06:00 23-01-2020 491

Goranboyda yük və minik avtomobillərinin toqquşması zamanı bir nəfər ağır yaralanıb.

HerGun.Az xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Goranboyun Nadirkənd kəndindən keçən hissəsində baş verib.

Meyvə ilə yüklənmiş “VAZ 2106” markalı avtomobilin sürücüsü 59 yaşlı Nazim Həsənov idarəetməni itirib. Nəticədə avtomobil yük maşınına çırpılıb.

Zərbənin gücündən avtomobil yararsız hala düşüb, nəqliyyat vasitəsində olan meyvə-tərəvəz isə yola dağılıb.

Qəza zamanı “VAZ 2106”nın sürücüsü Nazim Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.