Moskvada mehmanxanada atışma: Yaralılar var

10:40 23-01-2020 355

Rusiyanın paytaxtında mehmanxanada atışma olub.

Bu barədə REN TV xəbər yayıb.

Agentliyin məlumatına görə, hadisə “RAO Akademik” mehmanxanasının yerləşdiyi Kerç küçəsindəki bir hoteldə baş verib.

Bildirilir ki, naməlum şəxslər mehmanxanaya soxularaq atəş açıblar. Hadisə nəticəsində biri qarnından, digəri sinəsindən olmaqla, iki nəfər yaralanıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı tədqiqatlara başlanılıb.