Tənbəlliyi poçtalyona baha başa gəldi

13:20 23-01-2020 342

Yaponiyada 61 yaşlı poçtalyon məktubları uzun zaman ünvanlarına çatdırmayıb.

“Kiodo” informasiya agentliyinin məlumatına görə, məktubların ünvanına çatmadığı barədə poçta şikayətlər daxil olub.

Bundan sonra polislər araşdırmaya başlayıb. Məlum olub ki, o, bilərəkdən məsuliyyətsizlik edib.

Onun Xonsyu adasında, Saqamixara ərazisindəki evindən təxminən 24 min məktub, açıqca, bağlama və digər əşyalar tapılıb.

Dindirilmə zamanı poçt işçisi tənbəlliyi üzündən məktubları çatdırmadığını bildirib. Məlum olub ki, o, hər dəfə məktubları gizlicə evinə daşıyıb.

Faktla bağlı cinayət işi açılıb.