17 nəfərin ölümü ilə nəticələnən koronavirusla bağlı şok iddia - VİDEO

19:40 23-01-2020 581

Çində meydana gələn və bütün dünyanı dəhşətə salan koronavirusla bağlı yeni bir iddia səsləndirilib. Elm adamları virusun yarasalarda ola biləcəyi və onlardan hazırlanan şorbalar vasitəsi ilə insanlara keçmiş ola biləcəyini düşünür.

Bu barədə “Son Dakika” xəbər verib.

Qeyd edək ki, epidemiya ilə bağlı Çinin 22 müxtəlif bölgəsindən 552 hadisə qeydə alınıb. Qeyri-rəsmi məlumatlara görə, əsl rəqəm daha qorxuncdur.

Bundan başqa artıq 17 nəfərin bu xəstəlikdən öldüyü bildirilir.

Artıq Çi.nin üç şəhərində - Uxan, Xuanqan və Hubeydə karantin elan edilib. Pekin isə Çinin Yeni ili ilə bağlı tədbiri ləğv edib.

Yeri gəlmişkən qeyd edək ki, epidemiya artıq qonşu ölkələrə də yayılıb. Belə ki, Rusiyada iki nəfər koronavirusa yoluxma ehtimalı ilə xəstəxanaya yerləşdirilib.