“Ştutqart” avto ehtiyat hissələri mağazasından sürücülərə şad xəbər

11:11 14-07-2018 5
loading...

Yalnız bir gün, 15 iyul tarixində bütün ehtiyat hissələri maya dəyərinə yaxın qiymətə satılacaq.

2004-cü ildə yaradılmış “Ştutqart” mağazalar şəbəkəsi hər zaman müştərilərə keyfiyyətli ehtiyat hissələrini təqdim edib. Növbəti ilin 9 mart tarixində mağazalar şəbəkəsi yaranmasının 15 illiyini qeyd edəcək. Buna görə də hər ayın yalnız bir günü “Ştutqart” mağazalar şəbəkəsi “Yubiley endirimi” kampaniyasına start verir.

Keçiriləcək kampaniyanın üstünlüyü ondan ibarətdir ki, kampaniya müddəti ərzində  bütün məhsullarımız alıcılara maya dəyərinə yaxın qiymətə təqdim ediləcək. İlk endirim kampaniyası 15 iyul tarixinə təsadüf edir. Qeyd edilən tarixdə mağazalar şəbəkəsinin bütün filiallarına yaxınlaşmaqla bu fürsətdən yararlanmaq olar.

Digər aylarımızdakı kampaniyanın günü, rəsmi “Facebook”, “Instagram” və “Web” səhifəmizdə beş gün əvvəl elan ediləcək. Ətraflı məlumat üçün bütün operatorlardan *0440 məlumat mərkəzinə zəng etmək olar.

Xatırladaq ki, “Ştutqart” mağazalar şəbəkəsində Mercedes, BMW, Land Rover, Hyundai, Kia, Toyota, Nissan, Mitsubishi, Audi, Porshe, Volkswagen avtomobilləri üçün ehtiyat hissələrinin satışı həyata keçirilir.