Qurban Qurbanov: Rəqibin müdafiədə oturacağını gözləmirdik

23:27 10-07-2019 15

Ümumi götürdükdə, 90 dəqiqə ərzində topa biz nəzarət etdik.

“Qarabağ”ın rəsmi saytı xəbər verir ki, bu sözləri komandanın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda səfərdə “Partizani” ilə qarşılaşan Ağdam klubunun çalışdırıcısı 0:0 hesablı bərabərliklə bitən oyunu şərh edib.

O, albanların intizamlı oynadığını deyib: “Rəqibin bu qədər müdafiədə oturacağını gözləmirdik. Taktiki cəhətdən çox intizamlı oynadılar. Rəqib ikinci hissənin əvvəllərində bir neçə epizod yaratdı, azarkeşləri önündə nə isə etməyə çalışmalıyıdılar. “Partizani” göstərdi ki, sürətli əks-hücuma çıxa biləcək yaxşı oyunçuları var, Bakıda da buna hazır olmalıyıq. Bu qarşılaşmanı ümumi analiz etdikdən sonra cavab matçında müəyyən dəyişikliklər edə bilərik”.