Nazim Babayev ikinci dəfə Universiadanın qalibi oldu

01:54 11-07-2019 645

Azərbaycan Universiadada dördüncü medalını qazanıb.

HerGun.Az-ın xəbərinə görə, üçtəkanla tullanma üzrə atletimiz Nazim Babayev İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasının qalibi olub.

Avropa çempionumuz 16.89 metrə tullanmaqla ikinci dəfə Universiadanın qalibi adını qazanıb.

Qeyd edək ki, daha əvvəl idman gimnastımız Marina Nekrasova qızıl, cüdoçumuz Hidayət Heydərov gümüş və cüdo millimiz bürünc medal qazanıb.

Səbuhi MUSAYEV