40 yaşlı kişi özünü ülgüclə yaraladı - VİDEO

05:54 11-07-2019 1182

Yasamal rayonunda 40 yaşlı kişi kəsici alətlə özünə xəsarət yetirib.

HerGun.Az xəbər verir ki, 1979-cu il təvəllüdlü Şıxəliyev Şirəli Gülabbas oğlu yaşadığı evin həyətində özünü iti alətlə yaralayıb.

O, ağır vəziyyətdə 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb və təcili olaraq cərrahi əməliyyat edilib.

Xəstəxananın növbətçi cərrahı Bəhram Zeynalovun sözlərinə görə, Ş.Şıxəliyev ülgüclə qarnına xəsarət yetirib.

Vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır.

Kamil Əmirli, Elşad Mətləboğlu