Türkiyəyə saç əkdirməyə gedən azərbaycanlını elə həmyerlimiz soydu - VİDEO

10:45 11-07-2019 1176

Türkiyədə soyğunçuluqda şübhəli bilinən azərbaycanlı saxlanılıb. 

Haberler”in məlumatına görə, İstanbulun Küçükçekmece rayonunda polis forması geyinən azərbaycanlı evlərə gedərək turistləri qarət edib. 

Məlumata əsasən, onun qurbanları arasında Türkiyəyə saç əkdirməyə gedən azərbaycanlı da olub.

Belə ki, mayın 12-də həmin azərbaycanlı bu ölkədə yaşayan Röyal adlı həmyerlimizlə tanış olub. Röyal ona yardım edəcəyini bildirib və birlikdə Türkiyəyə yenicə gələn həmyerlisinin evinə gediblər.

Röyal həmyerlisinin evindən 2100 ABŞ dolları, 20 min rubl və bir ədəd telefon götürüb.

Polis soyğunçuluqla məşğul olan Röyalı yaxalayıb. Hakim qarşısına çıxarılan azərbaycanlı barəsində həbs qərarı çıxarılıb.

Samir İsayev